12px13px15px17px
Tarix:21/12/11

“MasterCard” yol xəritələrini tərtib edəcək

Beynəlxalq ödəniş sistemi “MasterCard” 2012-ci ilin mayında Bakıda "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycan Mərkəzi Bankına (AMB) nağdsız ödənişlərin tətbiqinin mümkün olduğu obyektlər üzrə yol xəritələrinin tərtib olunmasında kömək etməyə hazırdır.  

Bu barədə jurnalistlərə “MasterCard”-ın regional meneceri Hakan Açar bildirib.

"Eurovision"a gələn turistlər nağdsız əməliyyatlarla bağlı ciddi problemlərlə üzləşməyəcəklər. Şəhərin əsas mehmanxana və supermarketlərində bununla bağlı problem yoxdur", - Açar deyib.

Onun sözlərinə görə, hazırda “MasterCard” Azərbaycan bankları ilə 2012-ci ildə və sonrakı illərdə istehlakçılara, satıcılara və banklara fayda gətirəcək qabaqcıl ödəniş həlləri və texnologiyalarının tətbiqi üzərində çalışır.

"Biz yerli banklarla işləyən zaman problemlərlə üzləşmirik. Bu gün Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 33-ə yaxını ilə işləyirik və gələn il isə bütün bank sektorunu əhatə etməyi planlaşdırırıq", - Açar deyib.

Onun sözlərinə görə, Azərbaycanda nağdsız hesablaşmalar bazarı böyük potensiala malikdir.
"Ölkə iqtisadiyyatı dinamik inkişaf edir və kənar risklərə az məruz qalır, ölkə əhalisi isə gəncdir və əsasən savadlıdır. Bütün bunların hamısı nağdsız hesablaşmaların inkişafı üçün yaxşı zəmindir", - Açar bildirib.




Baxış sayı: 882

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024