12px13px15px17px
Tarix:27/02/21

Əfsanəvi “PlayStation Portable” yenidən buraxılacaq

“Sony” şirkəti “PlayStation Portable” (PSP) qurğusunun yeni versiyasını buraxmağı planlaşdırır. Bu barədə “T3” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, məlumata görə, korporasiya oyun həvəskarları dairələrində məşhur olan əfsanəvi “PlayStation Portable” qurğusunu təkrar buraxmaqla portativ qurğular bazarına qayıtmaqda maraqlıdır. Rəhbərliyin fikrincə, şirkət bazarın bu seqmentində əsas məhsulu “Switch” hibrid konsolu olan “Nintendo” ilə rəqabət apara bilər – ona qlobal miqyasda tələbat rəqiblər tərəfindən yeni nəsil qurğular buraxıldıqdan sonra da qalır.

 

Qurğunun beşinci nəsil mobil rabitə şəbəkələrində işi dəstəkləməsi səbəbindən onun “PSP 5G” adlanacağı gözlənilir. Konsol oyunun görüntü və digər məlumatlarının məsafəli serverdən translyasiya edildiyi “bulud” oyunları üçün nəzərdə tutulacaq. “5G” dəstəyi məlumatların sürətli ötürülməsini və zəif yubanmanı təmin edəcək.

 

“Bulud” oyunları oriyentasiyası sayəsində şirkət konsolu qabaqcıl komplekt hissələri ilə təchiz etməyəcək. Bu halda “Sony” komplekt hissələrinə qənaət edəcək. Bundan başqa, kartric və oyunların fiziki surətlərinin istehsalına ehtiyac qalmayacaq. Buna səbəb kimi bütün media məzmununun şəbəkə vasitəsilə translyasiya edilməsi göstərilir.

 

Blogerlərin fikrincə, yeni “PSP” proqramları retro oyunları və remasterlərdən ibarət olacaq. Həmçinin konsol “PlayStation 4” və “PlayStation 5” qurğularındakı “ААА” başlıqlarını işə sala biləcək. Qurğunun “PlayStation Now” abunəsinə qoşulacağı bildirilir.

 

Jurnalistlər qeyd edib ki, konsolun buraxılış tarixi açıqlanmır. Lakin Yaponiya şirkətinin “PSP” ilə bağlı ciddi planları var.

 

“PlayStation Portable” 4,3 düymlük ekran, kontroller və “Universal Media Disc” (UMD) optik toplayıcısı dəstəyinə malik portativ oyun konsoludur. Qurğu 12 dekabr 2004-cü ildə buraxılıb.

 

Nizam Nuriyev





Baxış sayı: 611

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2021

19 04 2021

19/04/21
Smartfonlara "casus" selfi kameraları quraşdırılacaq

2021-ci ildə smartfonlara istifadəçinin gözünə görünməyən ön kameralar kütləvi şəkildə quraşdırılmağa

19/04/21
Dünyada minlərlə sayt müvəqqəti olaraq əlçatmaz olub

Dünyada minlərlə sayt və şəbəkə BGP marşrutlarının (dinamik marşrutlaşdırma protokolları) genişmiqyaslı i

19/04/21
Prezident İlham Əliyev “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) 

19/04/21
“Samsung” eyni anda üç qurğu ilə işləyən yeni klaviatura təqdim etməyə hazırlaşır

“Samsung” şirkəti eyni anda bir neçə cihaza qoşula bilən simsiz klaviatura təqdim etməyə hazırlaşır. “Sma

19/04/21
2021-ci ilin ən innovativ şirkətlərinin adı açıqlanıb

“Boston Consulting Group”un analitikləri tərəfindən dərc edilmiş 2021-ci ilin ən innovativ şirkətlərinin

19/04/21
“Adobe” şirkətinin həmtəsisçisi vəfat edib

“Adobe” şirkətinin həmtəsisçisi Çarlz Qeşke 81 yaşında vəfat edib. Bu barədə “Associated Press”

19/04/21
“SpaceX” şirkəti Aya astronavtlar göndərəcək

İlon Maska məxsus “SpaceX” şirkəti Aya astronavtlar göndərəcək. Şirkət ABŞ Kosmik Agentliyinin (NASA) müv

19/04/21
“WhatsApp”dan istifadə məhdudlaşdırılacaq

Mayın 15-dək yeni “WhatsApp” qaydalarını qəbul etməyən istifadəçilərin bir qismi messencerdən məhdud reji

19/04/21
Smartfon və fərdi kompüterlər bazarı ilə bağlı proqnoz açqılanıb

“Gartner” analitik şirkəti fərdi kompüter, planşet və smartfonlar bazarının vəziyyəti ilə bağlı proqnoz a