12px13px15px17px
Tarix:01/03/21

Türkiyə Aya missiya üçün unikal hibrid raket yaradacaq

Türkiyə 2023-cü ildə Aya pilotsuz kosmik aparatı çatdırmağa imkan verəcək hibrid raket üzərində çalışır. Bu barədə ölkənin sənaye və texnologiyalar naziri Mustafa Varank “Anadolu” agentliyinə müsahibədə bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, nazir deyib: “İlk buraxılışı biz beynəlxalq şirkətlərlə əməkdaşlıqda həyata keçirəcəyik. Lakin bizim kosmik aparat Aya yerətrafı orbitə unikal milli raketin buraxılışı vasitəsilə çatdırılacaq”.

 

M.Varankın sözlərinə görə, Türkiyənin kosmik proqramı ölkənin “kosmik sahədə yüksək liqa”ya çıxarılmasına yönəlib.

 

Fevralın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni Milli Kosmik Proqramın təqdimatı zamanı ölkə tərəfindən 2023-cü ilin sonunadək kosmik aparatın Aya ekspedisiyaya göndəriləcəyini bəyan edib.

 

Proqrama, həmçinin meteoroloji peyklərin inkişafı və kosmik sahə üçün kadrların hazırlanması daxildir. Prezident vurğulayıb ki, Ankara peyklərdən əldə edilən məlumatların təhlükəsizliyini təmin edəcək.

 

Yanvarın sonunda verilən məlumata görə, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask və Prezident Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Yanvarın 8-də “SpaceX” şirkəti Türkiyənin “Turksat 5A” telekommunikasiya peykini daşıyan “Falcon 9” raketdaşıyıcısının buraxılışını həyata keçirib. Rəqəmli televiziya və genişzolaqlı internet xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan peyk 2021-ci ilin ikinci yarısında fəaliyyətə başlayacaq. O, Türkiyənin orbitdəki dördüncü aparatı olacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 497

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024