12px13px15px17px
Tarix:01/03/21

Çində internet istifadəçilərinin sayı 1 milyarda yaxınlaşıb

Çin Milli Statistika Bürosunun məlumatına görə, ölkədə internet istifadəçilərinin sayı 1 milyarda yaxınlaşıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, 2020-ci ilin sonunda Çində internet istifadəçilərinin sayı 989 milyon olub. Ölkədə internetin nüfuzetmə səviyyəsi 70,4%-ə bərabərdir. Bu göstərici kənd yerlərində yüksələrək 55,9% olub.

 

Milli Statistika Bürosunun məlumatına görə, Çində 1,59 milyard mobil telefon istifadəçisi qeydə alınıb. Çində hər 100 sakinə 113,9 mobil telefon düşdüyü məlum olub. Həmçinin sözügedən ölkədə 483,55 milyon genişzolaqlı internet istifadəçisi var.

 

Emil Hüseynov





Baxış sayı: 478

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024