12px13px15px17px
Tarix:03/03/21

Dünya yarımkeçiricilər bazarında artım qeydə alınıb

Dünya çip bazarında 2021-ci ildən artım başlayıb. Belə ki, Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (Semiconductor Industry Association, SIA) məlumatına görə, 2021-ci ilin yanvarında qlobal mikrosxemlərin satış həcmi 2020-ci ilin analoji ayı ilə müqayisədə 13 faiz artaraq 40 milyard dollara çatıb. Həmçinin mütəxəssislər tərəfindən yarımkeçiricilər mədaxilinin 39,6 milyard dollar səviyyəsində olduğu dekabr göstəricisi ilə müqayisədə 1 faiz artım qeydə alınıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm.” resursuna istinadən yazır ki, regionlara bölünməyə görə illik hesablamada daha çox mədaxil artımı Asiya Sakit okean regionunda ( 16 faiz), Amerikada ( 15,4 faiz) və Çində ( 12,4 faiz) müşahidə edilib. Yaponiya və Avropa birrəqəmli faizlərdə daha az artım nümayiş etdirib. Dekabr rəqəmləri ilə müqayisədə göstəricilər Çində, Avropada və Asiya Sakit okean regionu ölkələrində artıb, lakin Yaponiya və Amerikada müvafiq olaraq 1 və 3 faiz aylıq azalma qeydə alınıb.

 

Statistikanı şərh edən “SIA” prezidenti və baş direktoru Con Noyffer yarımkeçiricilər bazarında 2021-ci ilin qənaətbəxş başlamasını bildirərək qeyd edib ki, qlobal çip istehsalı artan tələbatı ödəmək və avtomobil sənayesi və digər sahələrə mənfi təsir göstərən mikrosxem çatışmazlığını zəiflətmək üçün artmaqda davam edir.

 

Assosiasiya nümayəndələrinin fikrincə, 2021-ci ildə yarımkeçiricilər bazarında müsbət dinamika davam edəcək. Bir müddət əvvəl aparılan hesablamalara görə, 2020-ci ilin yekunları üzrə yarımkeçiricilərin satışından əldə olunan qlobal mədaxil 2019-cu illə müqayisədə 6,5 faiz artaraq 439 milyard dollara çatıb.

 

Nizam Nuriyev





Baxış sayı: 450

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024