Avropada istehsalçılar texnikanı 10 il müddətinədək təmir etməli olacaqlar
1 mart tarixində Avropa İttifaqında istehsalçıların üzərinə məişət texnikasını 10 il müddətinədək təmir etmək öhdəçiliyi qoyan qanun qüvvəyə minib.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, indi Avropada soyuducu, paltaryuyan maşın, fen və ya televizor alıcıları “təmir hüququ”ndan yararlana bilərlər. Qanuna görə, istehsalçılar ehtiyat hissələrinin əlçatanlığını 10 il müddətinədək təmin etməlidir. Lakin bəzi komponentlər yalnız peşəkar təmir şirkətləri üçün əlçatan olacaq. Bundan başqa, yeni texniki avadanlıqlar təmir üzrə təlimatlarla birgə tədarük edilməlidir. Eyni zamanda avadanlığı adi alətlərin köməyi ilə təmir etmək imkanı mümkün olmalıdır.
Bu qanun ekoloji vəziyyəti yaxşılaşdırmalıdır. İndi avropalılar hər il adambaşına 16 kq-dan çox avadanlıq tullantıları “yaradırlar” və onun yarısı xarab olmuş məişət cihazlarının payına düşür.
Gələcəkdə "təmir hüququ"nun smartfon, noutbuk və başqa qurğulara tətbiqi gözlənilir.
Emil Hüseynov
Baxış sayı: 747
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet