Çin süni intellekt haqqında elmi nəşrlərin sayına görə liderdir
Stenford Universitetinin araşdırmasına görə, Çin süni intellekt məsələləri üzrə elmi araşdırmaların sayına görə ABŞ və Avropanı geridə qoyaraq lider olub.
“ICTnews” Elektron Xəbər Xidməti “nauka.tass.ru” saytına istinadən yazır ki, Çin həm elmi jurnallarda dərc edilmiş nəşrlərin ümumi sayına görə, həm də resenziyalaşdırılmış (rəy verilmiş) nəşrlərin sayına görə əsas rəqiblərini (Avropa İttifaqı və ABŞ) qabaqlayır. Birinci halda elmi məqalələrin ümumi sayının 22,4%-i Çinin, 16,4%-i Avropa İttifaqının, 14,6%-i isə ABŞ-ın payına düşür, ikinci halda isə bu göstərici müvafiq olaraq 18%, 8,6% və 12,3%-ə bərabərdir.
Lakin Stenford Universitetinin mütəxəssisləri qeyd ediblər ki, ABŞ süni intellekt sahəsində praktik fəaliyyət göstərən elmi müəssisələr və şirkətlərlə əməkdaşlıq çərçivəsində hazırlanmış tədqiqatların həcminə görə liderliyini qoruyub saxlayır.
Sitat gətirmə indeksinə görə Sinqapur, Avstraliya və İsveçrə ön pillələri tutublar.
Emil Hüseynov
Baxış sayı: 599
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet