“Redmi Note 10 Pro” və “Note 10 Pro Max” smartfonları nümayiş olunub
Çinin "Xiaomi" şirkəti səkkiznüvəli "Snapdragon 732G" prosessoru üzərində qurulan və "Adreno 618" sürətləndiricisi və "4G" modemi ilə təchiz edilən orta səviyyəli "Redmi Note 10 Pro" və "Redmi Note 10 Pro Max" smartfonlarını təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews " resursuna istinadən yazır ki, yeni qurğular 6,67 düym diaqonallı "Full HD " formatlı "AMOLED" ekranla təchiz edilib. Panelin təsvir ölçüsü 2400 × 1080 piksel, yeniləmə tezliyi 120 giqahers, maksimal parlaqlığı 1200 kandel/kvadratmetr təşkil edir və "DCI-P3" rəng məkanı 100 faiz əhatə olunur. Sensor qatının reaksiya tezliyi 240 giqahersə bərabərdir. "Corning Gorilla Glass 5" qoruyucu şüşəsindən istifadə olunub.
16 meqapikselli ön kamera ekranın yuxarı hissəsinin mərkəzində kiçik kəsikdə yerləşir. "microSD" slotu, yan daktiloskopik skaner, "Wi-Fi 802.11ac" və "Bluetooth 5" adapterləri infraqırmızı qəbuledici-ötürücü, stereofonik dinamiklər, qulaqcıq üçün 3,5 millimetrlik çıxış və "USB Type-C" portu mövcuddur.
Smartfonlar dördlü arxa kamera ilə təchiz olunub. "Redmi Note 10 Pro" versiyası 64 meqapikselli əsas "Samsung ISOCELL GW3" sensoru, enlibucaqlı (120 dərəcə) optikaya malik 8 meqapikselli blok, 2 meqapikselli dərinlik sensoru və 5 meqapikselli makromodul ilə təchiz edilib. "Redmi Note 10 Pro Max" variantı 64 meqapiksel əvəzinə, 108 meqapikselli əsas "Samsung HM2" sensoru ilə təchiz olunub.
Enerji 33 vatlıq enerjidoldurmanı dəstəkləyən 5020 milliamper/saat tutumlu güclü akkumulyator tərəfindən təmin edilir. "MIUI 12" proqram təminatlı "Android 11" əməliyyat sistemi quraşdırılıb.
"Redmi Note 10 Pro və "Note 10 Pro Max" smartfonlarının qiyməti modifikasiyadan asılı olaraq dəyişir.
Nizam Nuriyev
Baxış sayı: 518
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet