Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin Yevlaxda inşa olunan ehtiyat Data Mərkəzi 25 yanvar 2021-ci il tarixində ABŞ-ın "Uptime Institute" təşkilatının "Tier 3 Facility" sertifikatına layiq görülüb. Sertifikatın alınması üçün keçirilən texniki sınaqlar zamanı Data Mərkəzin bütün kritik infrastruktur avadanlıqları və sistemlərinin dayanıqlılığı "Uptime Institute" mütəxəssisləri tərəfindən mərhələli şəkildə test olunub.
Qeyd edək ki, Bakıda yerləşən əsas Data Mərkəzindən sonra Yevlaxda ehtiyat Data Mərkəzinin tikintisinin məqsədi müştəri məlumatlarının qorunması, etibarlı və keyfiyyətli bulud xidmətlərinin rezervli şəkildə təmin olunmasıdır. Mərkəz "AzInTelecom" MMC ilə Ədliyyə Nazirliyinin Dünya Bankı tərəfindən maliyyələşdirilən "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində inşa olunub.
Ümumi tikinti sahəsi 1400 kv.m ərazini əhatə edən bu Data Mərkəzinin bütün kritik infrastruktur sistem və avadanlıqları "1+1" prinsipi ilə inşa edilib. İnfrastrukturu alternativ enerji təminatı, yanğınsöndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri, enerji mənbələrini təmin edən yüksək səviyyəli qoruma sistemlərindən ibarətdir.
Ehtiyat Data Mərkəzinin mobil tipli layihələndirilməsinin əsas üstünlüklərindən biri də daşına bilmə xüsusiyyətinə malik olmasıdır. Bu da fövqəladə hallar zamanı məlumatlar saxlanılan konteynerlərin fiziki olaraq tam təhlükəsiz şəkildə, daha etibarlı əraziyə daşınmasına imkan verir.
Yevlaxda inşa olunan konteyner tipli infrastruktur vasitəsilə Azərbaycanla bütün dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon danışıqlarını təmin edən İMS tipli stansiya sistemlərinin coğrafi rezervlənməsi də həyata keçirilir.
Xatırladaq ki, "AzInTelecom" MMC tərəfindən Azərbaycan və Cənubi Qafqaz regionunda "Tier 3", informasiya texnologiyaları xidmətləri üzrə idarəetmə sistemi standartı (ISO 20000), biznesin davamlılığı üzrə idarəetmə sistemi standartı (ISO 22301) və informasiya təhlükəsizliyi üzrə idarəetmə sistemi standartı (ISO 27001) sertifikatlarına malik ilk Data Mərkəzi əsasında "AZCLOUD" bulud xidmətləri göstərilir.
Baxış sayı: 476
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet