12px13px15px17px
Tarix:09/03/21

WhatsApp” messenceri bəzi smartfonlarda işləməyəcək

“WhatsApp” messenceri köhnəlmiş “iPhone” modellərini dəstəkləməyi dayandıracaq. Bu barədə “WABetaInfo” portalı məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, messencerin “iOS” əməliyyat sistemi üçün son beta-versiyasında “iOS 9” və daha aşağı versiyaların idarəetməsi altında işləyən qurğuların dəstəyi dayandırılıb. “WhatsApp” messencerinin rəsmi resursunda bu barədə məlumat hələ ki yoxdur.

 

Hazırda sözügedən messencerin “iPhone” üçün dəstəklədiyi əməliyyat sistemlərinin rəsmi siyahısında “iOS 9” və ya daha yeni versiyalar qeyd edilib.

 

Emil Hüseynov





Baxış sayı: 431

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024