12px13px15px17px
Tarix:15/03/21

“Skype” proqramına zəng zamanı fondakı kənar səslərin aradan qaldırılması funksiyası əlavə edilib

"Microsoft" korporasiyası "Skype" proqramına çoxdan gözlənilən funksiyanı əlavə edib. İndi proqramda səsli və videozəng zamanı fondakı kənar səsləri aradan qaldırmaq mümkün olacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, sözügedən funksiya "Windows" əməliyyat sistemində işləyən "Skype Preview 8.70.76.48" versiyasında sınaqdan keçirilir. Şirkət, həmçinin proqrama bəzi digər funksiyalar da əlavə edib.

 

Məsələn, "Skype"da veb-girişlərin idarə edilməsi (WAM) dəstəyi, videozəng iştirakçılarına baxış düyməsi əlçatan olacaq.

 

Həmçinin korporasiya "Skype"ın veb-versiyasına fonun bulanıq edilməsi, telefon nömrəsi üzrə əlaqələrin axtarışı funksiyalarını əlavə etməyi planlaşdırır.

 

Emil Hüseynov





Baxış sayı: 574

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 May 2024

07 05 2024