12px13px15px17px
Tarix:16/03/21

Noutbuklar üçün panellərin buraxılışı artırılır

Dünyanın maye-kristal panel istehsalçıları 2021-ci ildə noutbuklar üçün ekranların tədarükü üzrə qarşıya daha böyük məqsədlər qoyurlar. Bu barədə sahə üzrə mənbələrin məlumatında deyilir. Proqnozlara görə, noutbuk istehsalçıları tərəfindən panellərə yüksək tələbat ilin birinci yarısınadək davam edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, yüksək tələbat istifadəçilərin distansiyalı tədris və iş formasına keçməsi ilə əlaqədardır.

 

Bildirilir ki, təhsil sahəsində noutbuklara sabit tələbat ötən il dünyada noutbukların tədarük həcminin 20 faizdən çox artaraq ilk dəfə 200 milyon ədədi ötməsi ilə nəticələnib.

 

Hazırda artımın davamına ümidlər daha çox korporativ sektora bəslənilir. Gözləntilərə görə, hökumətlər tərəfindən maliyyə yardımı tədbirləri və “5G” şəbəkələrinin qurulmasının davam etməsi müəssisələrin əksəriyyətini fərdi kompüter parkını yeniləməyə stimullaşdıracaq.

 

“Omdia” şirkətinin məlumatına görə, 2021-ci ildə “AUO” şirkəti noutbuklar üçün panellərin tədarükünü 17 faiz artıraraq 52 milyon ədədədək, “Innolux” şirkəti isə 11 faiz artıraraq 50 milyon ədədədək genişləndirəcək. “BOE Technology” şirkəti tədarük həcmini 6 faiz artıraraq 60 milyon ədədə, “China Star Optoelectronics Technology” (CSOT) 100 faiz artıraraq 3,6 milyon ədədədək yüksəltməyə çalışır. Bundan başqa, “LG Display” noutbuklar üçün panellərin tədarükünü 3 faiz artıraraq 36 milyon ədədə çatdırmağı planlaşdırdığı halda “Sharp” tədarükü ötənilki səviyyədə (10 milyon ədəd) saxlayacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 472

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024