12px13px15px17px
Tarix:16/03/21

“Microsoft” korporasiyası “Windows” üçün yeniləmənin uğursuz olduğunu etiraf edib

“Microsoft” korporasiyası “Windows” əməliyyat sistemi üçün aktual yeniləmədə kritik səhv olduğunu etiraf edib. Bu haqda şirkətin saytında məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, korporasiyanın nümayəndələri sözügedən əməliyyat sistemi istifadəçilərinin üzləşdiyi problemlərdən xəbərdar olduqlarını söyləyiblər. “Microsoft” şirkətinin məlumatında deyilir ki, mart yeniləməsi müəyyən printerlərə qoşulmuş bəzi qurğularda ciddi problemlər yarada bilər.

 

Məlumata görə, ofis avadanlığı ilə bağlı problem və "mavi ekran" (Blue Screen of Death, BSoD) xətası “Windows 10” əməliyyat sisteminin bütün aktual versiyalarında yarana bilər. Uğursuz yeniləmə, həmçinin 20H2, 2004, 1809 və 1803 versiyaları ilə işləyən kompüterlərə zərər vura bilər. Mühəndislər əksər hallarda yaranan APC_INDEX_MISMATCH səhvinin kompüter və printerin qarşılıqlı əlaqəsinə mane olduğunu qeyd ediblər.

 

Emil Hüseynov





Baxış sayı: 561

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024