12px13px15px17px
Tarix:17/03/21

Nə qədər “PlayStation 5” satılıb?

“Sony” şirkəti 6 milyon ədəd “PlayStation 5” konsolu satıb. Bu barədə “VGChartz” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta.” resursuna istinadən yazır ki, mütəxəssislər tərəfindən oyun qurğusunun pərakəndə satışa çıxarıldığı ilk 16 həftə ərzində satışı ilə bağlı məlumatların təhlili aparılıb. Məlum olub ki, qeyd olunan müddətdə bütün dünyada 5,86 milyon ədəd “PS5” satılıb. Müqayisə üçün: bu seqmentdə “Sony” şirkətinin əsas rəqibi “Microsoft” 3,83 milyon ədəd “Xbox Series X/S”, Yaponiyanın “Nintendo” şirkəti 3,96 milyon ədəd “Switch” hibrid konsolu satıb. Beləliklə, “PS5” qurğusunun bazar payı 42,9 faiz, “Nintendo Switch” və yeni “Xbox” qurğularının müvafiq olaraq 29 və 28,1 faiz təşkil edib.

 

ABŞ və Avropa bazarlarında da “Sony” qurğusu liderlik nümayiş etdirir. Məsələn, ABŞ-da ilk 16 həftədə 2,48 milyon “PS5”, 1,49 milyon “Nintendo Switch” və 1,95 milyon “Xbox Series X/S” satılıb. Avropada satılan “PS5”, “Switch” və yeni “Xbox” qurğularının sayı müvafiq olaraq 1,96, 1,097 və 1,098 milyon təşkil edib.

 

Yaponiyada – “Sony” və “Nintendo” üçün yerli bazarda “PS5” konsolunun satışı 425 min ədədə bərabər olub. Liderliyə 993 min satılan “Nintendo Switch” konsolu yüksəlib. Üçüncü yerdə 36 min satılan “Xbox Series X/S” qurğusu qərarlaşıb.

 

Analitiklər qeyd edib ki, “Nintendo Switch” və “Xbox Series X/S” bütün dünyada eyni vaxtda, “PS5” isə iki hissədə satışa çıxarılıb. Belə ki, 12 noyabr 2020-ci ildə qurğu ABŞ, Yaponiya və bir sıra ölkələrin bazarlarında, noyabrın 19-dan isə bütün dünyada təqdim olunub.

 

“Sony” şirkətinin fevralda maliyyə ilinin üçüncü rübü üçün dərc edilən hesabatına görə, şirkət satışa 4,5 milyon “PS5” konsolu tədarük edib. Bu, “PlayStation 4” qurğusunun müvafiq dövrdə satışa çıxarıldığı ilk vaxtın nəticəsindən cüzi çoxdur. “PlayStation” bölməsinin ötən il üçün ümumi mədaxili 22,7 milyard dollar təşkil edib ki, bu da həm şirkət, həm də ümumilikdə sənaye üçün rekorddur.

 

Nizam Nuriyev





Baxış sayı: 481

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 May 2024

07 05 2024