“Samsung” şirkəti iki yeni smartfonunu təqdim edib
Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy A52” və “A72” smartfonlarını təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, orta qiymət diapazonuna malik “Galaxy A52” cihazı təsviri 90 hers tezliklə yeniləyə bilən 6,5 düym diaqonallı AMOLED displeylə təchiz edilib. Barmaq izləri skaneri displeyə quraşdırılıb. 2,3 QHs takt tezliyində işləyən “Snapdragon 720G” prosessoru cihazın məhsuldarlığını təmin edir. “A52” qurğusunun qlobal versiyası beşinci nəsil mobil şəbəkələrini dəstəkləyir. Cihaz “Wi-Fi ac”, “Bluetooth 5.0”, “GPS” modulları, “NFC” çipi, audiokonnektor və “USB-C” portuna malikdir.
Smartfon “IP67” standartını dəstəkləyir, yəni suya dayanıqlıdır. Akkumulyatorun həcmi 4500 milliamper/saatadək artırılıb, sürətli enerjidoldurma qurğusunun gücü isə indi 25 Vatt təşkil edir. Əsas 64 meqapiksellik (mp) sensor optik sabitləşmə texnologiyası əldə edib. Bundan başqa, 8 mp-lik genişbucaqlı sensor, 5 mp-lik makrosensor və 5 mp-lik dərinlik sensoru var.
“Galaxy A72” modeli 6,7 düym diaqonallı displeylə təchiz edilib. Displeyin xüsusiyyətləri əvvəlki modeldə olduğu kimidir. Smartfon “Qualcomm” şirkətinin analoji aparat platformasına malikdir. Əsas fərq kamera bloku ilə bağlıdır: 64 mp-lik əsas sensor, 12 mp-lik genişbucaqlı və üçqat optik zumla şəkillər çəkə bilən 8 mp-lik telefoto sensor quraşdırılıb. Smartfona quraşdırılmış akkumulyatorun həcmi 5000 milliamper/saatdır.
Hər iki smartfon “OneUI 3.1” interfeysinə malik “Android 11” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Martın 17-dən sözügedən cihazlar satışa çıxarılıb.
Emil Hüseynov
Baxış sayı: 559
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet