Bu il “Samsung Galaxy Note” seriyalı smartfonlar buraxılmayacaq
"Samsung" şirkəti 2021-ci ildə "Galaxy Note" seriyalı smartfonlardan imtina edəcək. Bu barədə "SamMobile" nəşri məlumat yayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, korporasiyanın top-meneceri Ko Don-cin səhmdarların 52-ci illik yığıncağında "Samsung" tərəfindən bu il "Galaxy Note" seriyalı qurğuların buraxılmayacağını bəyan edib. "Samsung" nümayəndəsi bu addımı yarımkeçiricilər bazarında defisitlə izah edib. Onun sözlərinə görə, bu səbəbdən yeni qabaqcıl smartfonların buraxılışı problemli olacaq. Həmçinin potensial "Galaxy Note 21" hazırkı qabaqcıl qurğuları, məsələn, "Galaxy S21 Ultra" ilə rəqabət aparacaq. Nəticədə bu, hər iki modelin satışına ziyan vura bilər.
Bununla yanaşı, Don-cin səhmdarları əmin edib ki, qabaqcıl modelin taleyi müəyyənləşib və "Samsung" 2022-ci ildə smartfonlar üçün komponent hissələr bazarında müsbət dinamikaya ümid edir və qurğunun buraxılışı üçün imkan hələ ki qalır. Top-menecerin sözlərinə görə, gələcək "Galaxy Note" modellərinin buraxılış tarixi ertələnə bilər. Adətən şirkət qeyd olunan seriyalı qurğuları avqustun ortalarında təqdim edir.
"Galaxy Note" bizim üçün vacib məhsul kateqoriyasıdır. Qurğular son 10 il ərzində dünya bazarında istehlakçıların populyarlığını qazanıb", – şirkət nümayəndəsi qeyd edib. O həmçinin bildirib ki, "Samsung" stilus dəstəkli smartfonlar seriyasının inkişafı üzərində bütün qurğu istehsalçılarından daha çox çalışır.
Hazırda "Note" seriyalı aktual qurğu 2020-ci ilin avqustunda nümayiş olunan "Galaxy Note 20" modelidir.
Nizam Nuriyev
Baxış sayı: 530
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet