Ən yaxşı ucuz smartfonlar açıqlanıb
“Samsung”, “Apple”, “OnePlus” və digər brendlərin smartfonları alışı tövsiyə edilən qurğular siyahısına daxil edilib. Bu barədə “International Data Corporation” (IDC) konsaltinq şirkətinin tədqiqatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, şirkət mütəxəssisləri tərəfindən qiyməti 270-400 dollar arasında dəyişən yeddi ən yaxşı ucuz smartfon seçilib. Tədqiqat müəllifləri 2021-ci ilin əvvəlində qurğuların qiymətinin 363 dollaradək artdığı orta qiymət kateqoriyasına istinad ediblər. Nəticədə ekspertlər dəyərinə görə yüksək xüsusiyyətlərə malik ucuz smartfonları sadalayıblar.
Reytinqdə “Samsung Galaxy A32” yer alıb – smartfonun 128 giqabaytlıq quraşdırılmış versiyası bazarda 300 dollar dəyərində qiymətləndirilib. Ekspertlər tərəfindən 90 giqaherslik yeniləmə tezliyini dəstəkləyən keyfiyyətli və böyük ekran vurğulanıb. Həmçinin siyahıya yüksək məhsuldarlıq, böyük yaddaş tutumu, dörd obyektivli kameraya görə 285 dollar dəyərində qiymətləndirilən “Xiaomi Poco X3” daxildir.
315 dollara təklif edilən “Oppo Reno 4 Lite” analitiklər tərəfindən ucuz “Mediatek Helio P95” prosessoru istisna olmaqla qabaqcıl smartfon adlandırılıb. “Realme 7 Pro” tədqiqatda ən sürəli enerjidoldurmaya malik qurğu kimi qeyd olunub – onun batareyası 100 faizlik enerjini 34 dəqiqəyə toplayır. “OnePlus Nord” modeli texniki xüsusiyyətlərinə görə qabaqcıl modellərdən cüzi fərqlənən keyfiyyətli və ucuz qurğu kimi göstərilib.
Qiyməti 328 dollara bərabər “Honor 30S” beşinci nəsil mobil rabitə dəstəyi, 6 giqabaytlıq operativ yaddaş tutumunun mövcudluğu, “NFC”, dörd sensora malik kameralara görə qeyd olunub. Siyahıya, həmçinin “iPhone 8” smartfonu daxildir. Ekspertlər tərəfindən 2017-ci ilin smartfonu keyfiyyət və ucuzluq baxımından sadalanıb.
Nizam Nuriyev
Baxış sayı: 601
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet