12px13px15px17px
Tarix:29/03/21

“iPhone 13” smartfonunun buraxılış tarixi açıqlanıb

“iPhone 13” smartfonunun buraxılışı vaxtında baş tutacaq. Bu barədə “Wedbush” agentliyinin hesabatına istinad edən “9to5mac” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta.” resursuna istinadən yazır ki, analitik Daniel Ayvsın sözlərinə görə, “Apple” şirkəti yeni smartfonları, həmişə olduğu kimi, sentyabrda buraxmaq niyyətindədir. Məlumata görə, qurğuların nümayişi sentyabrın üçüncü həftəsində keçiriləcək. Analitik bu qənaətə “iPhone” modelləri üçün təchizat zənciri haqqında hesabatları öyrəndikdən sonra gəlib.

 

Lakin mütəxəssis smartfonların konstruksiyası üzərində tamamlama işlərinin yubanmaya səbəb ola biləcəyini istisna etməyib. Ən pis senaridə bir sıra “iPhone” versiyaları oktyabrın əvvəlində təqdim ediləcək. “Apple” nümayəndələri ümid edir ki, tədarük tarixi pozulmayacaq və istehlakçılar yeni qurğuları oktyabrda əldə edə biləcəklər.

 

Agentliyin hesabatında, həmçinin qeyd olunur ki, “Apple” 25 faiz daha çox smartfon istehsal etməyə hazırlaşır. Hazırkı qabaqcıl modellər seriyası təxminən 100 milyon ədəd sayda satışa çıxarılıb. Yeni smartfonların dəqiq adı hələ ki müəyyənləşməyib. Mütəxəssislər tərəfindən onlar şərti olaraq “iPhone 13” adlandırılır.

 

“Apple” şirkəti 2020-ci ildə yeni smartfonların nümayişini sentyabrdan oktyabra keçirib. Bundan başqa, modellər satışa hissə-hissə çıxarılıb. Bu, koronavirus pandemiyasının səbəb olduğu böhran nəticəsində “iPhone” istehsal edən zavodların fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqədardır.

 

Oktyabrda tanınmış bloger Min-Çi Ko bildirib ki, “Apple” 2021-ci ildə “iPhone 12” smartfonunun buraxılışı ilə bağlı bütün problemləri nəzərə alacaq. Mütəxəssisin proqnozuna görə, yeni qabaqcıl modellər vaxtında işıq üzü görəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 926

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024