12px13px15px17px
Tarix:29/03/21

2021-ci ilin ən yaxşı smartfonları məlum olub

ABŞ-ın “Consumer Reports” jurnalı 2021-ci ildə satın alınması tövsiyə olunan, “Android” və “iOS” mobil əməliyyat sistemlərinin idarəetməsi altında işləyən smartfonların reytinqini tərtib edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, "ən yaxşı iPhone" kateqoriyasında liderliyə yüksəlmiş “iPhone 12 Pro Max” smartfonu “A14 Bionic” prosessoru, OLED displeyi ilə təchiz edilib və “5G” şəbəkəsinə qoşulma imkanına malikdir. Mütəxəssislərin qeyd etdiyi kimi, “iPhone 12 Pro Max” cihazı “12 Pro” ilə müqayisədə 100 dollar bahadır, lakin daha uzun müddət avtonom işləyir, böyük ekran və ən yaxşı kamera ilə təchiz edilib. Buna baxmayaraq çəkisinin 226 qr olması və böyük ölçüləri smartfonun çatışmazlığı kimi qeyd edilib.

 

“Samsung Galaxy Note20 Ultra 5G” cihazı “Android” sisteminin idarəetməsi altında işləyən aparatlar arasında lider olub. Mütəxəssislər avtonom iş vaxtını, beş dəfə yaxınlaşdırıla bilən kameranı və ekranı bu modelin üstünlükləri adlandırıblar.

 

“OnePlus Nord N10 5G” ən yaxşı ucuz cihaz adlandırılıb. Mütəxəssislər yeganə çatışmazlıq kimi “mmWave” dəstəyinin olmamasını qeyd ediblər.

 

Emil Hüseynov





Baxış sayı: 608

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024