12px13px15px17px
Tarix:30/03/21

Köhnəlmiş “iPhone” smartfonları üçün yeniləmə çıxarılıb

"Apple" şirkətinin köhnəlmiş smartfonları üçün yeniləmə çıxarılıb. Bu barədə "9to5mac" nəşri məlumat verib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, ABŞ şirkəti martın sonunda "iPhone" üçün "iOS 14.4.2" və "Apple Watch" üçün "watchOS 7.3.3" yeniləmələrini təqdim etmişdi. Eyni zamanda köhnəlmiş və satışdan çıxarılmış smartfon, planşet və pleyerlər də sistem yenilənməsi alıblar. Məsələn, "iPhone 5s", "iPhone 6", üçüncü nəsil "iPad mini", birinci nəsil "iPad Air" və altıncı nəslin "iPod touch" qurğuları üçün yeniləmə əlçatan olub.
 
Jurnalistlər dəqiqləşdiriblər ki, yuxarıda adıçəkilən qurğular üçün çıxarılmış yeniləmə müxtəlif sistem problemlərini aradan qaldıran  təhlükəsizlik paketindən ibarətdir. Müəlliflər hansısa bir konkret yenilik qeydə almayıblar. Yeniləmə "iOS 12.5.2" adlandırılıb.
 
Emil Hüseynov



Baxış sayı: 5200

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024