Onilliyin əsas “Android” smartfonları açıqlanıb
"Samsung Galaxy S2" və orijinal "OnePlus One" smartfonlar bazarına daha çox təsir göstərən qurğular reytinqinə daxil olub. Bu barədə "Android Police" nəşri məlumat yayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta." resursuna istinadən yazır ki, nəşr onilliyin əsas smartfonlar siyahısını yeniləyib. Mütəxəssislərin sözlərinə görə, ilk növbədə "Samsung Galaxy S2" smartfonu qeyd edilməlidir. 2011-ci ildə buraxılan smartfon sayəsində Cənubi Koreya şirkəti dünyanın məşhur telefon istehsalçısına çevrilib. Həmçinin "Samsung" şirkətinin "Google" ilə əməkdaşlıqda hazırlayaraq 2011-ci ildə təqdim etdiyi "Galaxy Nexus" və ekran diaqonalı böyüdülmüş telefonlar trendinin əsasını qoyan orijinal "Galaxy Note" qeyd olunur.
Bundan başqa, "Android Police" tərəfindən 2011-ci ildə nümayiş olunan "Motorola Xoom" sadalanıb. Onun vasitəsilə "Motorola" şirkəti "Apple iPad" ilə rəqabət aparmağa çalışıb.
Həmçinin reytinqdə "bazarda oyun qaydalarını dəyişən" ucuz "Motorola Moto G" yer alıb. Jurnalistlər "HTC ThunderBolt" modelini vurğulayaraq onu "LTE" ilə təchiz edilən ilk geniş yayılmış smartfon adlandırıblar. Bundan əlavə, alüminium korpusa malik "HTC One M7" smartfonu yenilənmiş siyahıda yer alıb.
Nizam Nuriyev
Baxış sayı: 435
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet