“Google” yeni ofis və data mərkəzləri üçün 7 milyard dollar ayırıb
“Google” şirkəti 2021-ci il ərzində ABŞ-da data mərkəzi və ofislər şəbəkəsinin genişləndirilməsinə 7 milyard dollar ayırıb.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkət Virciniya, Nebraska və Nevadada data mərkəzlərini genişləndirmək niyyətindədir. Papillion (Nebraska ştatı) və Hendersonda (Nevada ştatı) isə bir neçə ay əvvəl tikilən data mərkəzləri yenilənəcək.
Ofislərə gəldikdə, “Google” 2021-ci ildə onları dörd yeni yerdə açmağı planlaşdırır. Belə ki, Daremdə (Şimali Karolina ştatı) “Cloud” işləmə mərkəzinin, Sautheyvendə (Missisipi ştatı) “Google” əməliyyat mərkəzinin və Hyuston və Portlandda yeni ofislərin istifadəyə verilməsi nəzərdə tutulur.
İnvestisiyaların əksər hissəsi mövcud meydançaların genişləndirilməsinə yönəldiləcək. Şirkət Kaliforniyada iştirakın genişləndirilməsinə 1 milyard dollar qoyacaq və Atlanta, Vaşinqton, Çikaqo və Nyu-Yorkda minlərlə yeni iş yeri yaradacaq. Bundan başqa, Detroyt, Ann-Arbor, Kembric, Pittsburq, Ostin və digər şəhərlərdə az sayda əməkdaşlar işə qəbul ediləcək.
“Google” ümumilikdə 10 minə yaxın yeni iş yerinin yaradılmasını proqnozlaşdırır. Bu ilin martına olan vəziyyətə görə, şirkətin ABŞ-da işçi heyətinin sayı 84 min nəfər təşkil edir.
Nizam Nuriyev
Baxış sayı: 546
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet