12px13px15px17px
Tarix:31/03/21

“Xiaomi” şirkəti elastik ekrana malik ilk smartfonunu təqdim edib

“Xiaomi” şirkəti yeni məhsulların təqdimatı çərçivəsində martın 30-da elastik ekranla təchiz edilmiş “Mi Mix Fold” smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, “Mi Mix Fold” aparatı “Samsung Galaxy Z Fold” və “Huawei Mate X2” cihazlarına oxşardır. “Xiaomi”nin yeni smartfonu diaqonalı 6,52 düym olan kiçikölçülü displey və şirkət nümayəndələrinin sözlərinə görə, 200 min dəfə açılıb-bağlanan 8,01 düymlük daxili elastik OLED displeylə təchiz edilib. “Mi Mix Fold” aparatında əsas displeyin təsvir ölçüsü 2480x1860 piksel təşkil edir.

 

Smartfon qabaqcıl “Qualcomm Snapdragon 888” prosessoru, 12/16 QB-lıq əməli yaddaş, 256/512 QB-lıq daxili yaddaşla təchiz edilib. Smartfonun batareyasının həcmi 5020 milliamper/saat təşkil edir və sürətli enerjidoldurma texnologiyası 37 dəqiqə ərzində akkumulyatoru tamamilə enerji ilə doldurmağa imkan verir. Həmçinin smartfon üçölçülü səs effekti yaradan 4 ədəd “Harman Kardon” dinamikinə malikdir.

 

Smartfonun əsas kamerası 108 mp-lik əsas modul və 13 mp-lik supergenişbucaqlı modula malikdir.

 

Emil Hüseynov





Baxış sayı: 511

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024