12px13px15px17px
Tarix:01/04/21

“Virgin Galactic” yeni kosmolyot təqdim edib

"Virgin Galactic" şirkəti "SpaceShip III" seriyalı yeni "Imagine" kosmolyotunu təqdim edib. Şirkətin hazırladığı kosmolyotlar mütəmadi suborbital turistik uçuşların yerinə yetirilməsi üçün nəzərdə tutulub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, yeni kosmolyot mümkün uçuşların tezliyi, eləcə də ona texniki xidmətin göstərilməsi baxımından əvvəlki modellərdən daha təkmildir.

 

Məlumata görə, şirkət əməkdaşlarının yaxın vaxtlarda "Imagine" kosmolyotunun sınaqlarına başlayacağı gözlənilir. O, bu ilin yayında Nyu-Meksiko ştatı üzərində havaya qalxacaq.

 

Bundan başqa, "Virgin Galactic" hazırda bu seriyaya aid "Inspire" adlı ikinci kosmolyot üzərində çalışır.

 

Nizam Nuriyev





Baxış sayı: 438

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024