12px13px15px17px
Tarix:01/04/21

“Xiaomi” elektromobil istehsalına 10 milyard dollar yatıracaq

“Xiaomi” şirkəti öz brendi altında elektrik avtomobillərin hazırlanması haqqında məlumatları rəsmən təsdiq edib. Növbəti on il ərzində Çinin texnoloji nəhəngi elektromobillərin istehsalı üzrə biznesə 10 milyard dollar qoymağa hazırlaşır. Bu barədə “Xiaomi” şirkətinin təsisçisi və baş direktoru Ley Tszyun bəyan edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, yeni törəmə struktura baş direktor rəhbərlik edəcək. Layihəyə ilkin investisiyaların həcmi 10 milyard yuan (1,5 milyard dollar) təşkil edəcək.

 

“Mən avtomobil sənayesi ilə bağlı riskləri tam başa düşürəm. Mən, həmçinin layihənin 3-5 il və 10 milyardlarla investisiya tələb edəcəyini anlayıram. Bu, mənim karyeramda sonuncu startap olacaq”, – L.Tszyun Pekində konfransda çıxışı zamanı bildirib.

 

“Xiaomi” şirkətinin “ağıllı” avtomobillərin istehsalı ilə məşğul olmaq planları barədə KİV ötən həftə məlumat verib. Elektromobillərin “Great Wall” zavodlarının birində buraxılacağı ehtimal edilsə də, Çin avtomobil konserninin nümayəndələri bu informasiyanı təkzib ediblər.

 

Çinin elektronika istehsalçısının brendi altında ilk elektromobil modelinin 2023-cü ildə buraxılacağı gözlənilir.

 

Nizam Nuriyev





Baxış sayı: 464

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024