Nazir Rəşad Nəbiyev ölkənin nəqliyyat qurumlarının rəhbərləri ilə görüşüb
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizin nəqliyyat qurumlarının rəhbərləri ilə onlayn formatda görüş keçirib.
Görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov, NRYTN yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov iştirak ediblər.
Görüş zamanı ölkənin Vahid Nəqliyyat Strategiyasının hazırlanması və bundan irəli gələn məsələlərin müzakirəsi aparılıb.
Eyni zamanda, işğaldan azad olunan ərazilərimizdə nəqliyyat və rabitə infrastrukturunun bərpası layihələrinin koordinasiyalı şəkildə icrası məsələləri müzakirə predmeti olub.
Rəşad Nəbiyev nəqliyyat sahəsində fəaliyyətin effektivliyinin artırılması, sahəvi nəqliyyat qurumlarının inkişaf strategiyalarının ölkənin ümumi inkişaf strategiyası ilə uzlaşdırılması və nəqliyyat qurumlarının fəaliyyətində qarşılıqlı ahəngdarlığın təmin edilməsi üçün Vahid Nəqliyyat Strategiyasına ehtiyac olduğunu deyib.
Nazir bildirib ki, bu strategiya nəqliyyat qurumları tərəfindən layihələrin icrasında pərakəndəliyin olmamasını, nəqliyyat növlərinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsində mövcud çətinliklərin aradan qaldırılmasını, büdcə vəsaitlərindən və torpaq fondundan səmərəli istifadəni təmin edəcək.
Görüş iştirakçıları ölkəmizin nəqliyyat sektorunun hazırkı vəziyyəti, pandemiya dövründəki fəaliyyət və perspektivlər haqqında ətraflı danışıblar.
Baxış sayı: 1335
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet