12px13px15px17px
Tarix:02/04/21

“Periscope” servisi bağlanıb

"Twitter" mikrobloqlar servisi aprelin 1-də şirkətə məxsus "Periscope" videotranslyasiyalar proqramının fəaliyyətini dayandırıb. "Periscope" komandası istifadəçilərlə "Twitter" hesabı vasitəsilə sağollaşıb.

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, "Twitter" şirkəti "Periscope" xidmətinin bağlanılması ilə bağlı qərarı mikrobloqlar servisində translyasiyaların yaradılması üçün alətləri daha da inkişaf etdirmək istəyi ilə izah edib. Şirkət servisin bağlanılmasını mobil qurğularda birgə videobaxışı üçün "Squad" proqramını satın aldıqdan sonra açıqlayıb. Bu proqramın fəaliyyəti dayandırılıb, onun mütəxəssisləri isə "Twitter" komandasına qoşulub. "Periscope" nümayəndələri qeyd edib ki, son 2 ildə servisin populyarlığı azalıb, servisin dəstəyi üçün xərclər isə artıb.

"Periscope" proqramı artıq "Google Play" və "App Store" mağazalarında ləğv edilib. Aprelin 1-dən etibarən onun istifadəçi qurğularında ləğv ediləcəyi gözlənilir. Ümumi translyasiyalara istifadəçi kontenti arxivinə çevrilən "Periscope"un veb-versiyasında baxmaq mümkündür.

Xatırladaq ki, "Periscope" mobil əlavəsi real vaxtda videonun translyasiyası üçün nəzərdə tutulub. 26 mart 2015-ci ildə istifadəyə verilən servisin fəaliyyətinin ilk ilində "Periscope" komandası bildirib ki, istifadəçilər 200 milyondan çox birbaşa translyasiyalar ediblər.

Hazırda servisin başlıca imkanları əsas "Twitter" əlavəsində mövcuddur. Real vaxt rejimində translyasiyaları "Twitter Live" vasitəsilə etmək mümkündür. Brendlər isə canlı efirə "Media Studio" servisi vasitəsilə çıxa bilərlər.

Nizam Nuriyev





Baxış sayı: 632

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024