12px13px15px17px
Tarix:05/04/21

“LG” şirkəti smartfon istehsalından rəsmən imtina edib

Cənubi Koreyanın "LG" şirkəti smartfon istehsalını rəsmən dayandırdığını açıqlayıb. Bu haqda ən böyük istehlak elektronikası və məişət texnikası istehsalçısının saytında məlumat verilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, müvafiq qərar direktorlar şurası tərəfindən qəbul edilib. "LG-nin mobil telefonlar sektorunu tərk etməsi şirkətə öz resurslarını elektrik avtomobillərinin komponentləri, internetə qoşulan cihazlar, "ağıllı" evlər, robot texnikası, süni intellekt və biznes həlləri, həmçinin platforma və xidmətlər kimi sahələrə yönəltməyə imkan verəcək" – məlumatda deyilir.

 

"LG" şirkətinin istehsal edilmiş telefonları əvvəlki kimi satış üçün əlçatan olacaq. Şirkət regiondan asılı olaraq müəyyən müddət ərzində mövcud mobil məhsulların müştəriləri üçün xidmət dəstəyi göstərməyə və proqram təminatını yeniləməyə davam edəcək.

 

Emil Hüseynov





Baxış sayı: 859

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024