12px13px15px17px
Tarix:08/04/21

“Xiaomi” elektromobilinin qiyməti məlum olub

“Xiaomi” elektromobili orta və yüksək sinif istehlakçılar üçün nəzərdə tutulacaq. Bu barədə “GizmoChina” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, aprelin 6-da şirkət rəhbəri Ley Tszyun “Xiaomi” həvəskarları ilə canlı efir keçirərək gələcək elektromobil layihəsi ilə bağlı bir sıra təffərrüatları açıqlayıb. Korporasiya rəhbərinin sözlərinə görə, avtomobilin bir sıra xüsusiyyətləri və qiyməti səsvermə əsasında Çin istehlakçılarının istəyi nəzərə alınaraq seçilib. O bildirib ki, şirkətin ilk seriyalı elektromobili orta və yüksək sinif üçün nəzərdə tutulacaq. Avtomobilin qiyməti 100-300 min yuan diapazonu arasında dəyişəcək.

 

Həmçinin şirkət əvvəlcə sedan və ya yolsuzluq avtomobilinin buraxılacağı ilə bağlı qərar qəbul edib – bu avtomobil form-faktorları üçün təxminən eyni sayda şirkət məhsulları istifadəçiləri səs verib. Bundan başqa, tərəflər kollektiv şəkildə avtomobilin “Xiaomi” brendi altında buraxılması barədə razılığa gəliblər. Bir müddət əvvəl şirkətin “Great Wall Motors” ilə avtomobil istehsalı üçün müqavilə imzalaması məlum olub.

 

Elektromobilin dizaynını müzakirə edən L.Tszyun onun yeni “Xiaomi” loqotipi ilə təchiz ediləcəyini vurğulayıb.

 

Martın sonunda baş tutan tədbirdə “Xiaomi” konseptual elektromobil təqdim edib. Avtomobil “təkərlər üzərində evdir”. O, yataq yeri və mətbəx, eləcə də şirkətin texnikası ilə təchiz edilib. Çinin İT nəhənginin avtomobil bazarına daxil olması ilə bağlı məlumatlar fevralın sonunda yayılmağa başlayıb.

 

Nizam Nuriyev





Baxış sayı: 469

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024