12px13px15px17px
Tarix:12/04/21

İlk proqramlaşdırma dillərindən biri yenidən populyarlaşmağa başlayıb

"Tiobe" Proqramçılar Cəmiyyəti 2021-ci ilin apreli üçün aktual proqramlaşdırma dillərinin populyarlıq reytinqini dərc edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, birinci yeri 50 ildir reytinqlərdə ən populyar olaraq qalan "C" proqramlaşdırma dili tutub. 2020-ci ilin proqramlaşdırma dili adalandırılan "Python" üçüncü pillədə qərarlaşıb, "Java" isə payının 5,49 faizini itirərək ikinci yerə enib. Ən gözlənilməz reytinqdə 20-ci yeri tutan "Fortran" proqramlaşdırma dilinin qayıdışı olub. "Tiobe" nümayəndələri bunu elmi hesablamalara artan tələbatla izah edirlər.

 

"Fortran" dili "IBM" şirkəti tərəfindən 1950-ci illlərin sonunda assembler dilinə daha praktik alternativ kimi yaradılıb. Bu, ilk kommersiya proqramlaşdırma dilidir. O, mövcud olduğu illər ərzində 2002-ci ildə 10-cu mövqeyə yüksəlib, son vaxtlaradək isə 34-ci pillədə yer alıb. "Java" (JVM) virtual kompüteri üzərində işləyən "Groovy" dilinin populyarlığının kəskin artması diqqət çəkir. O, ötən il 48-ci yerdən 17-ci mövqeyə yüksəlib.

 

Öz növbəsində "Objective-C" ən populyar proqramlaşdırma dilləri siyahısını tərk edib. Onu "Apple" şirkət tərəfindən 7 il əvvəl buraxılan "Swift" dilinin əvəzləyəcəyi gözlənilir. Lakin tərtibatçılar hələ ki universal kontent yaratma metodlarına üstünlük verirlər.

 

Nizam Nuriyev





Baxış sayı: 476

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024