“Snapdragon 888” platformalı “Xiaomi Mi 11X” smartfonu buraxılacaq
Çinin “Xiaomi” şirkəti güclü “Mi 11X” smartfonunun tezliklə nümayiş etdiriləcəyini bildirən təsvirləri dərc edib. “Qualcomm” platforması üzərində qurulan qurğu aprelin 23-də təqdim ediləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğunun əsasını bu ilin fevralında nümayiş olunan “Redmi K40” modeli təşkil edəcək. Bununla yanaşı, proqram təminatında dəyişikliklər olacaq.
Belə ki, “Snapdragon 870” çipi əvəzinə qabaqcıl “Snapdragon 888” prosessoru tətbiq ediləcək. Prosessora 8 hesablama nüvəsi, “Adreno 660” qrafik sürətləndiricisi və “Snapdragon X60 5G” modemi daxildir.
Məlumata görə, smartfon 120 giqahers yeniləmə tezliyinə malik 6,67 düym diaqonallı “AMOLED” ekran, eləcə də 20 meqapikselli ön kamera və 48 meqapikselli əsas sensorlu üçlü arxa kamera ilə təchiz ediləcək.
Enerjini 4520 milliamper/saat tutumlu akkumulyator batareyası təmin edəcək. Smartfon “MIUI 12” istifadəçi interfeysinə malik “Android 11” əməliyyat sistemi ilə tədarük ediləcək.
Nizam Nuriyev
Baxış sayı: 833
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet