“Microsoft” korporasiyası “Nuance” şirkətini 19,7 milyard dollara satın alıb
"Microsoft" korporasiyası danışığı mətnə çevirmək üçün proqram alətləri hazırlayan ən böyük şirkəti satın aldığını rəsmən elan edib. "Microsoft" bu satınalmaya 19,7 milyard dollar ödəyəcək.
"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, "Microsoft"un rəsmi bloqunda deyilir ki, sözügedən satınalma korporasiyaya səhiyyə üçün həllər istiqamətində öz mövqeyini möhkəmləndirməyə kömək etməlidir, "Nuance" şirkəti son illərdə məhz bu bazarda böyük uğurlara nail olub. Bundan başqa, "Nuance" və "Microsoft" şirkətləri son illər bir neçə ortaq layihə hazırlayıblar.
Ötən il "Microsoft" şirkəti səhiyyə sənayesi üçün "Microsoft Cloud for Healthcare" adlı "bulud" məhsulunu elan etmişdi. "Nuance" şirkətinin bu sahədə ən populyar həlləri – "Dragon Ambient eXperience", "Dragon Medical One" və "PowerScribe One"dır. Bundan başqa, şirkətin texnologiyaları "Apple"ın "Siri" səs assistentində tətbiq edilib.
Emil Hüseynov
Baxış sayı: 662
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet