“Samsung” şirkəti "ən güclü" “Galaxy” qurğusunu elan edib
"Samsung Electronics" şirkəti 28 aprel tarixində keçiriləcək "Galaxy Unpacked" təqdimat mərasimində "ən güclü Galaxy"ni təqdim edəcək. Şirkətin xəbərində konkret qurğunun adı çəkilməyib. "Galaxy" istehsal xəttinə smartfon, planşet və noutbuklar daxildir.
"ICTnews" Elektron Xəbər Xidməti "tass.ru" saytına istinadən yazır ki, cənubi Koreyalı müşahidəçilərin fikrincə, böyük ehtimalla söhbət "Galaxy Book Pro" və "Galaxy Book Pro 360", həmçinin ən qabaqcıl "Snapdragon" prosessoru ilə təchiz edilmiş "Galaxy Book Go" noutbuklarından gedir.
Mütəxəssislər bildiriblər ki, tarixdə ilk dəfə olaraq "Samsung" şirkəti şəxsi istehsalı olan fərdi kompüterlərin təqdimatını keçirəcək. Şirkət pandemiya səbəbindən bir çox insanın distant iş və təhsil rejiminə keçməsi fonunda bu qurğuların satış həcmini artırmaq niyyətindədir.
"TrendForce" marketinq şirkətinin proqnozuna görə, cari ildə dünyada noutbuklara qlobal tələbat 218 milyon təşkil edəcək ki, bu da ötən illə müqayisədə 8,1% daha çoxdur.
Emil Hüseynov
Baxış sayı: 452
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet