İlk “Nvidia” prosessoru buraxılıb
"Nvidia" şirkəti superkompüterlər üçün ilk prosessor təqdim edib. Bu barədə şirkətin saytında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, təqdimat "Nvidia GTC 2021 Keynote" tədbirində baş tutub. "Grace" adlanan yeni prosessora trilyonlarla tranzistor daxildir və superkompüter və data mərkəzləri ilə iş üçün nəzərdə tutulub. "Nvidia" qrafik prosessoru ilə iş zamanı yeni çip "Nvidia DGX" əsasında kompüter stansiyalarından 10 dəfə çox məhsuldarlıq nümayiş etdirir.
Buraxılan prosessor məlumat ötürmə sürətini saniyədə 900 giqabit səviyyəsində təmin edən dördüncü nəsil "NVLink" arabağlantısı texnologiyasını dəstəkləməsi ilə seçilir. Həmçinin avadanlıq serverin buraxılış qabiliyyətini 30 dəfə artırmağa imkan verir. "Grace" prosessoru "DDR4" standartlı yaddaşla müqayisədə 10 dəfə çox enerji səmərəliliyinə təminat verən "LPDDR5x" altsistemi üzərində qurulub.
Komponentin qiyməti açıqlanmasa da, onun geniş istifadəçi kütləsi üçün nəzərdə tutulmadığı bildirilir. İsveçrə superkompüter mərkəzi və ABŞ-ın Los Alamos Milli Laboratoriyası yeni prosessoru əldə etmək niyyətindədir. "Nvidia Grace" prosessorunun tədarükü 2023-cü ilə planlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 428
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet