12px13px15px17px
Tarix:16/04/21

“Huawei” smartfonları enerjidoldurma adapteri ilə təchiz edilməyəcək

“Huawei” şirkətinin smartfonları pulsuz aksesuarlarla təchiz edilməyəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, mənbələrin məlumatına görə, şirkət yeni smartfonlar dəstində enerjidoldurma adapterini ləğv etmək niyyətindədir. Beləliklə, “Huawei” şirkəti “Apple”, “Samsung” və digər smartfon istehsalçılarının qərarını təkrarlamaqla yanaşı, smartfon buraxılışında qənaət edəcək. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu qərar sayəsində Çin şirkəti milyonlarla dollara qənaət edə bilər.

 

Bununla yanaşı, pulsuz aksesuardan imtina üçün əsas səbəb qənaət istəyi və ya ətraf mühit qayğısından daha çox yarımkeçiricilər bazarında defisitdir. Mənbələr qeyd edir ki, “Huawei” enerjidoldurma qurğularında da son aylar kəskin çatışmazlığı hiss olunan mikrosxemlərdən istifadə olunur. Çin şirkətinin enerjidoldurma adapterlərini ayrıca satacağı gözlənilir.

 

Nizam Nuriyev





Baxış sayı: 578

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024