12px13px15px17px
Tarix:20/04/21

Gələcək “Apple” qurğuları açıqlanıb

“Apple” şirkətinin aprelin 20-də keçiriləcək tədbirində innovativ məhsullar nümayiş olunmayacaq. Bunu jurnalist və insayder Mark Qurman bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, mütəxəssis əmindir ki, ABŞ şirkəti daha parlaq təqdimatları gələcəyə saxlayacaq. Aprelin sonunda “iPad Pro” planşetinin yeni nəsli təqdim ediləcək – jurnalist 11 və 12,9 düym diaqonallı versiyaların buraxılacağını gözləyir. Lakin M.Qurman gələcək qurğunu hazırda ehtiyac duyulan “çoxdəfəli yenilənmə” adlandırıb. Ekspert vurğulayıb ki, hazırda güclü planşetlərə tələbat yüksəkdir – bu, “iPad” planşetinin təhsil və tibb sahəsində populyarlığı ilə əlaqədardır.

 

Bununla yanaşı, M.Qurman qeyd edib ki, “Apple” tədbirində yenilənmiş “iMac” nümayiş olunsa, sözlərini geri götürməyə hazırdır. Monoblok kompüterin xarici görünüşünün uzun müddət dəyişməz qalması səbəbindən M.Qurman yeni dizayna malik qurğunun buraxılacağını proqnozlaşdırır. “Apple” planlarını açıqlayan jurnalist təqdimatda “iPad Pro” ilə yanaşı, “Bluetooth” ilə təchiz edilən “AirTag” brelokunun təqdim ediləcəyini bildirib.

 

“Apple” şirkətinin yaz tədbiri aprelin 20-də baş tutacaq və onlayn formatda keçiriləcək.

 

Nizam Nuriyev





Baxış sayı: 644

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024