12px13px15px17px
Tarix:23/04/21

“Reon Pocket” daşınan kondisionerinin yenilənmiş versiyası buraxılıb

Yaponiyanın "Sony" şirkəti 2019-cu ildə "Reon Pocket" adlı daşınan kondisioner təqdim edərək onun istehsalı üçün vəsait toplanışına başlayıb. 2020-ci ildə qurğu satışa çıxarılıb. Bu dəfə isə "Sony" qurğunun yeni versiyasını yaradıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, yenilənmiş qurğu xarici görünüşünə görə birinci nəsil modeldən fərqlənmir. Qurğu əvvəllər olduğu kimi, köynəyin boyun nahiyəsində olan xüsusi cibinə yerləşdirilir, iş rejiminin quraşdırılması üçün mobil proqramdan istifadə olunur. Bununla yanaşı, tərtibatçıların sözlərinə görə, "Reon Pocket 2" istiliyi iki dəfə yaxşı udur ki, bu da bədəni daha effektiv soyutma ilə təmin edir. Həmçinin yeni daşınan kondisioner qolf oyunu daxil olmaqla idmanla məşğul olan zaman istifadə üçün uyğundur. Bundan başqa, "Reon Pocket 2" qurğusunu xüsusi kəmər vasitəsilə boyuna bərkitmək mümkündür.

 

Qurğunun qızması və soyudulması üçün Peltye elementi (iş prinsipi Peltye effektinə – elektrik cərəyanı axan zaman temperatur fərqliliyinin yaranmasına əsaslanan termoelektrik dəyişdirici) cavabdehlik daşıyır.

 

Artıq satışa çıxarılan yeni daşınan kondisionerin Yaponiya bazarında qiyməti 140 dollar təşkil edir. Qurğunun Yaponiyadan kənarda satışa çıxarılması ilə bağlı planlar barədə məlumat verilmir.

 

Nizam Nuriyev

 





Baxış sayı: 823

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024