12px13px15px17px
Tarix:23/04/21

“Polaroid” dünyada ani çap edən ən kiçik kamera təqdim edib

“Polaroid” şirkəti dünyada ani çap edən ən yığcam analoq kamera təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, 104x84x61 mm ölçüsündə qurğu kvadrat formatlı şəkillər çəkən “Polaroid”in klassik kamerasının cib versiyası kimi nəzərdə tutulub. “Polaroid Go” kamerası 67x54 mm ölçüsündə şəkillər çap edən kiçikölçülü katriclərlə işləyir. Bu, dünyada ən kiçik ani çap kamerası sayıla bilər.

 

Selfi çəkilişi üçün kameranın ön panelində işıq diodu işıqlandırıcısı, daxili taymer və miniatür güzgü quraşdırılıb. Çaxmağın işə salınması üçün taymer nəzərdə tutulub. 750 milliamper/saat həcmlə təmin edir, hansı ki, 15 şəkil çəkiliş və çap üçün tutacaq (çatacaq).

 

Qurğu 34 mm-lik fokus məsafəsinə malik obyektivlə təchiz edilib. Kameranın çəkisi təxminən 240 qr-dır.

 

Emil Hüseynov





Baxış sayı: 1858

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024