Titan korpuslu “Lenovo ThinkPad X1” noutbuku nümayiş olunub
"Lenovo" şirkəti qabaqcıl "ThinkPad X1 Titanium" noutbukunu nümayiş etdirib. Adından da göründüyü kimi, qurğu titan korpusla təchiz edilib. Bundan başqa, şirkət qurğunun "5G" şəbəkələrinə qoşulması imkanının qayğısına qalıb.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, "Lenovo ThinkPad X1 Titanium" noutbuku 11-ci nəsil "Intel Core i5" və ya "i7" prosessorları ilə təchiz ediləcək. Həmçinin noutbuk "Intel EVO" sertifikasiyasına malik olacaq. Materiallar (titan və karbon lif) sayəsində kompüterin çəkisi 1,15 kiloqram, qalınlığı 11,5 millimetr təşkil edir ki, bu da onu bu əmtəə nişanı tarixində ən nazik "ThinkPad" noutbuku edir.
Ekranın diaqonalı 13,5 düym, təsvir ölçüsü 3:2 tərəf nisbətində "2К" təşkil edir. Dəstə stilus daxildir. Qrafik altsistemi qismində "Intel Xe" sürətləndiricisindən istifadə ediləcək. Operativ yaddaş tutumu 16, quraşdırılmış yaddaş 512 giqabayta, akkumulyator tutumu 44,5 vatt-saata bərabərdir.
"ThinkPad X1 Titanium" noutbukunun "Wi-Fi" ilə təchiz edilən versiyasının qiyməti 2300 dollardan, "5G" modeminə malik modelin isə 3079 dollardan başlayır. Satışlara aprelin 30-dan etibarən başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 551
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet