“Apple” tədarükçüsünün zavodunda güclü yanğın olub
Çinin Şanxay şəhəri yaxınlığında "Apple" şirkətinin tədarükçüsü qismində çıxış edən Tayvanın "Casetek Group" elektronika istehsalçısının zavodunda baş verən yanğın səkkiz nəfərin, o cümlədən iki yanğınsöndürənin həyatına son qoyub.
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, Tszinşan rayonu hökumətinin insidentlə bağlı yaydığı bəyanata görə, zavodda yanğın cümə axşamı saat 13:30-da başlayıb və cümə günü səhərədək davam edib. Güclü yanğınla mübarizəyə 900 yanğınsöndürən, 123 yanğınsöndürən maşın və 8 robot cəlb edilib. Rəsmi şəxslər tərəfindən yanğının baş vermə səbəbləri araşdırılır.
"Casetek Group" istehsalçısı "MacBook" istehsal xətti və "iPad" planşetləri üçün korpus istehsalçısı kimi tanınan "Pegatron" şirkətinə məxsusdur. Yanğının təchizat zəncirinə nə dərəcədə təsir göstərdiyi öyrəniləcək.
Nizam Nuriyev
Baxış sayı: 557
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet