12px13px15px17px
Tarix:27/04/21

“Huawei” şirkəti “6G” rabitəsi üçün peyklər buraxacaq

“Huawei” korporasiyası digər iki Çin şirkəti ilə əməkdaşlıqda iyulda iki peyk buraxmaq niyyətindədir. Layihənin vəzifəsi “Huawei” tərəfindən hazırlanan “6G” şəbəkə texnologiyalarını yoxlamaqdan ibarətdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, peyklərin buraxılışı ilə şirkət qlobal tədqiqatlarda və “6G” texnologiyasının hazırlanmasında aparıcı rol oynayacaq.

 

Altıncı nəsil mobil rabitə şəbəkələrinin “5G” şəbəkələrindən 50 dəfə sürətli olacağı gözlənilir. Yeni texnologiyanın mövcud texnologiyadan fərqi ondan ibarətdir ki, “5G” siqnalın ötürülməsi üçün baza stansiyalarına, “6G” isə peyklərə əsaslanır.

 

Bir müddət əvvəl “Huawei” nümayəndəsi şirkət tərəfindən altıncı nəsil mobil rabitə şəbəkəsinin 2030-cu ildə istifadəyə veriləcəyini bildirib.

 

Nizam Nuriyev





Baxış sayı: 560

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024