12px13px15px17px
Tarix:28/04/21

“Microsoft” servislərinin fəaliyyətində qlobal nasazlıq yaranıb

“Microsoft” proqramlarının, o cümlədən “Teams” və “Office 365” korporativ servislərinin fəaliyyətində miqyaslı nasazlıq baş verib. Bu barədə şirkətin “Twitter” hesabında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurtyLab” resursuna istinadən yazır ki, nasazlıq “Microsoft Teams” proqramının Avropa, Asiya və ABŞ-dakı işində qeydə alınıb.

 

İstifadəçilərin məlumatına görə, “Microsoft Teams” proqramına qoşulmaq istədikdə “operation failed with unexpected error” səhvi haqqında bildiriş görünür.

 

Hazırda “Microsoft” problemin öyrənilməsi ilə məşğuldur. Onun yalnız “Teams” və “Office 365” proqramlarına aid olduğu və şirkətin digər servislərinə şamil edilmədiyi ehtimal olunur.

 

Nizam Nuriyev





Baxış sayı: 517

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024