Yeni “Apple M2” prosessorunun seriyalı istehsalına başlanılıb
“Apple” şirkətinin “ARM” arxitekturası üzərində hazırlanan ikinci nəsil prosessorun seriyalı istehsalına başlanılıb. Bu barədə Yaponiyanın “Nikkei” biznes qəzetinin mənbələrə istinadən məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “M2” yarımkeçiricilər sahəsinin lideri və “Apple” korporasiyasının uzunmüddətli tərəfdaşı qismində çıxış edən “Taiwan Semiconductor Manufacturing Co.” (TSMC) şirkətinin zavodlarında istehsal olunur. Yeni çip mərkəzi prosessor, qrafik prosessor və süni intellekt sürətləndiricisini birləşdirən birkristallı sistemdir.
Lakin “M1” prosessorundan fərqli olaraq yeni mikrosxemlər təkmilləşdirilmiş 5 nanometrlik texnologiyanın (N5P) tətbiqi ilə istehsal edilir ki, bu da daha böyük məhsuldarlıq və enerji səmərəliliyini təmin edəcək.
“M2” prosessorunun ilk partiyasının tədarüklərinə iyulda başlamaq nəzərdə tutulur. Nəşrin məlumatına görə, təkmilləşdirilmiş prosessorlarla əvvəlcə ikinci və ya üçüncü rübdə buraxılacaq 14 və 16 düymlük “MacBook Pro” noutbukları təchiz ediləcək. Bundan əlavə, bu il və ya növbəti ildə yeni çiplərlə təchiz edilən daha kompakt “Mac Pro” noutbuklarının buraxılışı gözlənilir.
“Apple Silicon” – şirkətin öz səyi ilə layihələndirilən “ARM” çipinə malik ilk kompüterlər (MacBook Air, MacBook Pro və Mac mini) ötən ilin noyabrında təqdim edilib. Uzun illərdir “Mac” noutbuklarına “x86” arxitekturalı “Intel” həlləri quraşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 562
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet