12px13px15px17px
Tarix:30/04/21

“AirPods” qulaqcıqlarının istehsalı azalıb

“Apple” qulaqcıqlarının satış həcmi bazarda yüksək rəqabət səbəbindən azalıb. Bu barədə “Nikkei” agentliyi məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “Apple” şirkəti 2021-ci ildə “AirPods” simsiz qulaqcıqlarının istehsalını 25-30 faiz azaltmaqla bağlı qərar qəbul edib. Bu, bazarda artan yüksək rəqabət və simsiz qarniturun satışının azalması ilə əlaqələndirilir. ABŞ şirkəti 110 milyon qulaqcıq tədarük etməyi planlaşdırdığı halda indi 75-85 milyon ədəd istehsal etməyə hazırlaşır.

 

Şirkətdə vəziyyətdən məlumatlı mənbə bildirib ki, tədarük həcmində ən çox azalma ilin ikinci rübünün sonunda və üçüncü rübünün əvvəlində gözlənilir. “Elektronika mağazalarında “AirPods” ehtiyatları çoxdur, tələbat isə gözlənildiyindən aşağıdır”, – insayder qeyd edib. Digər mənbənin sözlərinə görə, şirkət ilin sonunda təqdim ediləcək yeni nəsil qulaqcıq hazırlayır. “Apple” nümayəndələrinin fikrincə, yenilənmiş qarniturun buraxılışı qulaqcıqların populyarlaşmasının yeni dalğasına səbəb olacaq.

 

“Counterpoint Research” tədqiqat şirkətinin məlumatına görə, “Apple” şirkəti 2020-ci ildə satışa 72,8 milyon ədəd qulaqcıq çıxarıb. Şirkət bu seqmentə başçılıq edərək 31 faiz paya sahib olub. İlin son üç ayında daşınan qurğular – “AirPods” və “Apple Watch” ABŞ-ın İT nəhənginə 12,97 milyard dollar gəlir və ya ümumi gəlirin 11 faizini qazandırıb.

 

Nizam Nuriyev





Baxış sayı: 2105

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024