12px13px15px17px
Tarix:03/05/21

“Windows 10” sistemi “Apple AirPods” qulaqcığı ilə işləyəcək

“Windows 10” əməliyyat sistemi “Apple AirPods” simsiz qarnituru ilə işi dəstəkləyəcək. Bu barədə informasiya əməliyyat sistemi tərtibatçılarının rəsmi bloqunda yerləşdirilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, hazırda “Windows 10” əsasında işləyən kompüterlərə simsiz qulaqcığı iki kodek – köhnəlmiş “SBC” və “Android” dünyasında yayılmış “AptX” vasitəsilə qoşmaq mümkündür. Yalnız “AAС” kodekini dəstəkləyən populyar “Apple” qualqcığı fərdi kompüterlə tam işləyə bilmir.

 

“Bluetooth” qarniturları ilə işdə dəyişikliklər “Windows 10” sisteminə mayda təqdim ediləcək böyük sistem yeniləməsi çərçivəsində tətbiq ediləcək. Əməliyyat sisteminin yeni versiyaları “AAC” kodekini dəstəkləyəcək.

 

Dəyişikliklər təkcə “Apple” məhsulları istifadəçiləri üçün maraq doğurmur. Belə ki, “AAC” kodekini kompüterə səsin keyfiyyətli ötürülməsini təmin etməyən “SBC” vasitəsilə məcburi qoşulan digər əksər simsiz qulaqcıqlar dəstəkləyir.

 

Nizam Nuriyev





Baxış sayı: 600

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024