“Xiaomi” smartfonlar bazarında sürətlə “Apple” şirkətinə yaxınlaşır
“International Data Corporation” (IDC) tədqiqat şirkəti 2021-ci ilin birinci rübü üçün dünyada smartfonların tədarükü haqqında məlumatlar təqdim edib. Hesabatda ötən illə müqayisədə tədarük həcmində 25,5 faiz artım və əsas sənaye nümayəndələrinin yeni rekordlar qazanması barədə məlumat verilir.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, məlumata görə, cari ilin ötən rübündə 346 milyon smartfon tədarük edilib. İllik hesablamada ən çox artım Çin və Yaponiya istisna olmaqla Sakit okean regionunun (müvafiq olaraq 28 və 30 faiz) payına düşüb.
Uzun illər ərzində ilk dəfə “Huawei” şirkəti ilk beşliyi tərk edib ki, bu da ABŞ hökuməti tərəfindən tətbiq edilən sanksiyaların nəticəsində baş verib. Birinci yerdə 21,8 faiz bazar payı və 2020-ci ilin birinci rübü ilə müqayisədə 28,8 faiz tədarük artımı ilə “Samsung” qərarlaşıb. “Apple” şirkəti “iPhone 12” seriyasının uğuru sayəsində bazarda 16 paya sahib çıxmaqla 50,4 faiz artım nümayiş etdirib. Çinin “Xiaomi” şirkəti 14,1 faiz pay və 64,8 faiz artımla ABŞ istehsalçısına yaxınlaşıb.
Dördüncü və beşinci mövqelərdə müvafiq olaraq 10,8 və 10,1 faiz payla “OPPO” və “vivo” şirkətləri qərarlaşıb. Birincisinin tədarükü 64,5 faiz, ikincisinin isə 40,7 faiz artıb. “IDC” şirkətinin məlumatına görə, Çin şirkətləri üçlüyü “Huawei” korporasiyasının payını öz arasında bölüb.
Nizam Nuriyev
Baxış sayı: 650
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet