12px13px15px17px
Tarix:03/05/21

“Facebook” şirkəti “Onward” hərbi virtual reallıq simulyatoru istehsalçısını satın alıb

“Facebook” şirkəti virtual reallıq layihələrinin hazırlanması ilə məşğul olan studiyaları satın almağa davam edir. Bu dəfə “Facebook Oculus” bölməsi populyar çoxistifadəçili “Onward” hərbi virtual reallıq simulyatorunun istehsalçısı “Downpour Interactive” studiyasını satın alıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, "bir neçə il ərzində “Onward” oyunu əvvəlcə “Rift”də, sonra “Oculus”da böyük uğura nail olub. “Oculus Studios” ekosisteminə qoşulması nəticəsində “Downpour Interactive” studiyası “Onward” cəmiyyətini inkişaf etdirmək, həmçinin gələcəkdə başqa layihələrlə məşğul olmaq imkanına yiyələnəcək" – “Facebook”un AR və VR üçün kontent üzrə vitse-prezidenti Mayk Verdu öz bloqunda yazıb. O qeyd edib ki, “Downpour Interactive” studiyasının bütün əməkdaşları “Oculus” komandasının bir hissəsi olacaqlar. Həmçinin “Onward VR” simulyatorunun əvvəlki kimi hazırda mövcud olduğu bütün platformalarda dəstəklənəcəyi bildirilib.

 

“Downpour” şirkətinin qurucusu və baş direktoru Dante Bakli deyib ki, studiya bütün öz texnoloji hazırlamaları üzərində tam nəzarəti saxlamağa davam edəcək.

 

Emil Hüseynov





Baxış sayı: 1089

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024