12px13px15px17px
Tarix:03/05/21

“Skype”ın veb-versiyası “Safari” brauzerində artıq əlçatandır

“Microsoft” korporasiyası səsli və video görüntülü zəngləri dəstəkləyən öz “Skype” proqramını inkişaf etdirməyə davam edir. Bu dəfə tərtibatçılar “Skype”ın veb-versiyasının dəstəyini genişləndiriblər, indi onu “Apple Safari” brauzerində işə salmaq mümkündür.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, beləliklə, “Skype”ın veb-versiyası “Chromium 87” və yuxarı, həmçinin “Safari 13.1” və yuxarı olan brauzerlərinin masaüstü versiylarını dəstəkləyir. Həmçinin “Android” əməliyyat sistemində “Edge 43” və “Safari 13.1” versiyalarını dsətəkləyir. Qeyd edək ki, “Skype”ın veb-versiyası əvvəlki kimi “Mozilla Firefox” brauzerinin masaüstü versiyasını və “Google Chrome”un mobil versiyasını dəstəkləmir.

 

Emil Hüseynov





Baxış sayı: 683

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






10 May 2024

09 05 2024