Populyar sosial şəbəkələr şəxsi məlumatların nə üçün toplanıldığını izah ediblər
Müxtəlif ölkələrdə populyar “Instagram” və “Facebook” proqramlarının “iPhone” istifadəçilərinə şəxsi məlumatların toplanılmasının səbəbini izah edən bildirişlər göndərilməyə başlanıb.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, məlumata görə, şəxsi məlumatların toplanması sosial şəbəkə istifadəçisinə fərdiləşdirilmiş reklamı təqdim etməyə kömək edir. Həmçinin bildirişlərdə qeyd olunur ki, özü haqqında məlumatların toplanılmasına icazə verən istifadəçi “Facebook” sosial şəbəkəsinin, eləcə də onun reklam verənlərinin inkişafını dəstəkləməyə kömək etmiş olur.
Bildirilir ki, “Facebook” və “Instagram” tərəfindən göndərilən bildirişləri istifadəçilər smartfonların əməliyyat sistemini “iOS 14” versiyasınadək yenilədikdən sonra almağa başlayıblar.
Əksər istifadəçilər öz məlumatlarının kənar şirkətlərə ötürülə biləcəyini düşünərək bildirişləri “iOS 14” yeniləməsində məxfilik quraşdırmalarında tam yeni imkanlarla əlaqələndiriblər.
Nizam Nuriyev
Baxış sayı: 607
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet