12px13px15px17px
Tarix:04/05/21

“Microsoft” korporasiyası “Flash Player”i may yeniləməsində “Windows 10”dan tamamilə siləcək

“Adobe Flash Player” pleyerinin dəstəyinin mövcud sistemlərdən silinməsi məsələsi artıq bir neçə ildir müzakirə edilir. Bir çox istehsalçılar haker hücumlarına dayanıqsız mühərrikin istifadəsindən imtina ediblər, hərçənd “Windows 10” əməliyyat sistemində “Flash” texnologiyası hələ də dəstəklənir. Lakin “Microsoft” may yeniləməsində onu siləcəyinə söz verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, müasir resurslar “HTML5” texnologiyasına əsaslanan multimediaya üstünlük verir. Birincisi, bu təhlükəsizdir, ikincisi isə köhnəlmiş mühərrik həddən çox aparat resursu tələb edir.

 

Sözügedən platforma hələ ötən ilin sonunda öz mövcudluğunu tamamilə dayandırıb. Həmin vaxt “Flash Player” texnologiyasının istehsalçısı “Adobe” şirkəti son yeniləməni təqdim edərək kompüterlərdən bu proqramla əlaqəli hər bir elementi silməyə çağırmışdı.

 

Emil Hüseynov





Baxış sayı: 551

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024